525.Az

ABŞ-də 10 nəfəri öldürən cinayətkar ölü tapılıb


 

ABŞ-də 10 nəfəri öldürən cinayətkar ölü tapılıb<b style="color:red"></b>

ABŞ-nin Los-Anceles şəhərində həftəsonu minlərlə insanın qatıldığı "Ay Yeni ili" şənlikləri zamanı təşkil etdiyi silahlı hücumla 10 nəfəri öldürən cinayətkar ölü tapılıb. 

525.az xəbər verir ki, Los-Anceles şəhərinin şerifi Robert Luna, Huu Can Tran kimi tanınan şübhəlinin polisin mikroavtobusu mühasirəyə alması nəticəsində öz tapançasından aldığı yara nəticəsində öldüyünü deyib. 

Luna hücumdan sonra 72 yaşlı Tranın qaçdığı ağ rəngli mikroavtobusun Los-Ancelesin cənubundakı Torrance şəhərində polis tərəfindən aşkar edilərək mühasirəyə alındığını qeyd edib. Tranın həmin gecə Alhamradakı başqa bir rəqs studiyasında da silahlı hücuma cəhd etdiyinə inanıldığını deyən Luna hücumlar üçün başqa bir şübhəlinin axtarılmadığı məlumatını paylaşıb. 

Malik Atilay

 





25.01.2023    çap et  çap et