525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Mariyanın Fransa kralı IV Henri Burbona ərə getməsi, onun qarşılıqlı razılıq əsasında Fransa kralı II Henrinin və kraliça Katerina de Mediçinin qızı, toyu günü huqenotların qırğını təşkil edilmiş Marqaret Valuanı boşamasından sonra baş tutdu. Beləliklə, Mediçi nəslindən olan ikinci qız Fransa taxt-tacına yüksəldi, lakin bu, heç də Ferdinandonun güclü səyi olmadan baş verməmişdi. O, bu ittifaqla öz ailəsini Avropa hakimiyyəti zirvəsində möhkəmləndirmək istəyirdi.

Bu nikahın əsl səbəbləri Mediçilər üçün yüksək prinsip məsələsi olsa da, fransızlar üçün pul əldə etmək şansı idi. Faktiki olaraq fransızlar Mariyadan tələb etdilər ki, özü ilə 1 milyon qızıl skudo məbləğində cehiz gətirsin. Bu məbləğ sonra 600 yüz minə qədər azaldıqda, bunu, danışıqlarda fransız nümayəndələri sevinclə qəbul etdilər, həmin vaxt yeni təklif olunan rəqəm olduqca böyük məbləğ idi.

Kraliçanın 1600-cü ildəki toy mərasimini flamand rəssamı Paul Rubens böyük kanvasda təsvir etdi.

Daim Fransada baş verən kimi Parisdəki qeyri-adi hadisə ilə, buna səlahiyyət verilmiş adamlar tərəfindən nikah bağlanmışdı. Qızıl zərgərləri, otaqları daxilini bəzəyənlər, şənliyi təşkil edənlər, klounlar səfərbərliyə alınmışdı. Onların hamısı gözəl tamaşa yaratmalı idilər. Rəsmi mərasim nikah bayramı kimi effektiv qaydada keçirilməklə, 1600-cü ilin dekabrın 17-də Lionda baş tutdu.

Qız fransızlar üçün həmin dövrdə xüsusən cavan deyildi, onun 27 yaşı var idi, əlbəttə ki, fiziki cəhətdən də heç də xüsusilə cazibədar deyildi və açıq görünürdü ki, o qədər bacarıqlı da deyildir. Bunların hamısı toyda o saatca özünü büruzə verdi.

Mariya bütün ömrü boyu italyan ər-arvad cütlüyü ilə dostluq əlaqəsində idi və onlar, heç şübhəsiz, qıza təsir göstərməmiş deyildilər. Onlar özləri üçün faydalı imkan axtarırdılar, pula çox həris idilər. Mariya tezliklə bayramlar və mərasimlər təşkil etməyə qadir oldu, buna onun həmin iki kompanyonu da köməklik edirdi və buna görə də sarayda kraliçaya qarşı olan cəbhədə müstəsna dərəcədə qüdrətli olan kardinal Rişelye də var idi.

Sonra 1610-cu ildə IV Henri qəflətən öldü. Fanatik katolik onu xəncər zərbəsi ilə karetasında bayram etməyə gedən yolda öldürmüşdü. Bundan sonra Mariya regentə  çevrildi, lakin ondan xoşları gəlmirdi və o, hətta sürgünə getməyə də məcbur edildi. Onun regentliyi 1617-ci ilə kimi davam etdi və hakimiyyət aclığı və itkiyə görə qorxusu onu məcbur etdi ki, özünə loyal olan və şeytan kimi tanınan Konçinidən asılı olsun. Bununla o, saray müşavirlərinin işlərə müdaxiləsinin qarşısını almaq istəyirdi. Xidmətinin əvəzində o, Konçiniyə markiz titulunu verdi. Həmin vaxt onun oğlu XIII Luinin buna reaksiyası çox güclü oldu.

Kral anasının Bluaya getməsini qadağan etdi, həmin vaxtdan qadının əzab çəkməsi başlandı. 1617-ci ildə onun dostları olan Konçinilər öldürüldülər, hətta Konçininin arvadına da aman verilməmişdi. Mariya öz oğlu ilə barışmaq üçün bir neçə cəhd həyata keçirdi, oğlu onu 1622-ci ildə yenidən yanına çağırdı və sonra onu on il sonra daha uzağa göndərdi. Qadın Blua şatosundan qaçmağa cəsarət göstərdi, lakin yenidən Fransanın özündən xaricə göndərildi.

O, Antverpenə yollandı, orada səfillikdə yaşadı, uşaqları ona gizli qaydada xırda xərclik göndərirdilər. O, rəssam Rubensin onun üçün tutduğu evdə yaşayırdı. Əvvəllər o, Rubensə mühüm sifarişlər vermişdi və rəssam əsərlərində IV Henrini döyüşdə və 1594-cü ildə Parisə daxil olarkən təsvir etmişdi. Mariya 1642-ci ildə Kölndə tam yoxsulluqda öldü.

 

Böyük Hersoq II Kozimo

 

II Kozimo ürəyinin təbii xeyirxahlığına malik idi və müstəsna dərəcədə yaxşı davranırdı, ona görə də hamı ona hörmətlə yanaşırdı. O, xəstə səhhətindən əziyyət çəkirdi və hətta yaxşı cəhətlərini də idarəçiliyində istifadə edə bilmirdi.

O, Florensiyada taxt-taca çıxdıqda İspaniyaya olan köhnə ailə rəğbətindən istifadə edərək, digər tərəfdən Fransaya rəğbətsizlik göstərirdi. Xarici siyasətdə xüsusi təşəbbüslərdə bulundu. O, elə bir dövlətin nümayəndəsi idi ki, bu vaxt həmin dövlət başlıca beynəlxalq danışıqlardan və münaqişələrdən kənarda qalmışdı. Otuz illik müharibə (1618-1648-ci illər) aparan dövlətlər arasında da onun dövləti xüsusi qaydada neytral idi. Onun davranışı kiçik əhəmiyyəti olan faktlardan irəli gəlirdi.

Bunlardan birincisi, Mediçi ailəsini dəstəkləyən bank fəaliyyətinə onun yaxın olması idi. İkincisi, Qalileo Qalileyin qayıtması idi, onu Florensiyada irəli çıxmış matematiklərin sədri təyin etmişdi.

O, daha çox diqqəti donanmaya verirdi. Avropada sığınacaq tapmış çox istedadlı adamlardan biri olan ingilis Dadlinin köməyi ilə hərbi gəmilər hazırlatdırmışdı. O, həm də donanmadan istifadə edirdi, cəngavərlər vasitəsilə druzlarla və türklərlə qalibiyyəti vuruş aparmaq üçün Aralıq dənizinin şərq hissəsinə üzmüşdü.

Onun təbiəti, vəd verən və nəcib olmaqla, tez-tez xəstələnməyə məruz qalırdı. Siyasi məsuliyyətinə və ailənin bank işlərinə laqeyd idi. O, 1621-ci ilin fevralında öldü.

II Kozimo 15 yaşında taxt-taca qalxmış və avstriyalı Meri Maqdalinaya evlənmişdi. Lakin onun hökmranlığı qısa müddət çəksə də, rəssamlıq və mədəniyyət üçün həmin dövr çox əhəmiyyətli idi.

Ehtiraslı kolleksiyaçı olmaqla, II Kozimo Florensiyaya yeni rəssamlıq janrını gətirdi, bu vaxta qədər isə ona laqeyd münasibət göstərilirdi. Şəhərin genişləndirilməsini davam etdirmək üçün Livorno limanını tikdirdi.

 

Böyük Hersoq II Ferdinando

 

II Ferdinando yumşaq və zəif bir fərd olmaqla 50 il ərzində hökmranlıq etdikdə, Mediçi ailəsini yeniləşdirmək üçün imkan qazandı. Lakin həm də başa düşürdü ki, dövlət yamacdan aşağı tərəfə, tənəzzül qaydasında sürüşür.

II Kozimo öz səhhətinin ümidsiz olduğundan hali olduqda, varisi olacaq 10 yaşlı Ferdinandoya özünün ölümündən sonra regent kimi iki Böyük hersoginyanı - lotaringiyalı Kristinanı və avstriyalı Maqdalenanı vəsiyyət etdi. Onlardan birincisi uşağın anası, digəri isə nənəsi idi. Lakin onların hər ikisinin qüsuru dəbdəbəyə hərislik və bədxərclik idi. Onlar həm də bu məsələdə bir-birilə rəqabət aparırdılar. Qısası, onların regentlik etdikləri səkkiz il zəruri bədbəxtlik halları ilə əlamətdar oldu.

Kozimonun zəmanətləri qiymətləndirilmədi və nəhəng məbləğdəki irs, hersoqun nəzərdə tutduğu kimi bədbəxtlik anında sığorta formasında xalqa çatdırılmalı olduğu halda, həmin pullar artıq xərclənib, yoxa çıxmışdı. Regent hersoginyalar öz təbiətlərinə uyğun olaraq hərəkət edib, xəzinəni boş qoymuşdular.

Florensiyanın kommersiyası da böhran vəziyyətində idi, xarici yun və ipək bazarlarında rəqabətin kobud formaları buna gətirib çıxarmışdı.

Ferdinando hələ cavan və təcrübəsiz olanda onu evləndirməyi qərara aldılar. Regentlər olan Kristina və Meri Maqdalena əmioğlu ilə əmiqızını nişanladılar, məqsəd ondan ibarət idi ki, Urbino hersoqluğu ilə Toskana hersoqluğu birləşdirilsin, lakin ən vacib olan məsələ baş vermədi, ərazi birliyi həyata keçmədi.

1627-ci ildə Ferdinando Romaya göndərildi ki, təkrarən nəcib adamlarla görüşsün və Papa Sarayında olsun. Lakin Barberinilər ona hörmətlə yanaşmadıqlarından o, Romanı tərk etməyi qət etdi. O, Vyanaya getdi və orada öz anasının dayısı gildə qaldı. 1628-ci ildə 18 yaşında o, könüllü olaraq Florensiyaya qayıtdı ki, hakimiyyəti əlinə götürsün.

O, əlbəttə ki, avtoritar hökmdar deyildi və təsirlərə məruz qalırdı. O, xüsusən iqtisadi sahədə və taun epidemiyana sirayətlənmiş əhalinin sağaldılmasına kömək sahəsində uğur qazandı. Saray özünü infeksiyadan qorumaq üçün Belvedor Fortunda izolyasiya qaydasında yaşadı. Lakin Ferdinando səhiyyə idarəsi yaratdı, keşişlərdən və qadın monastırlarından xahiş etdi ki, xəstələrə maddi cəhətdən qayğı göstərməkdə iştirak etsinlər. Lakin papa ona senzura qoydu və onu qanunlar qoyduğuna görə məzəmmət etdi. Axı onun keşişlərdən itaət tələb etmək hüququ yox idi. Həm də o, hələ də anasının təsiri altında idi və bu, qadının 1531-ci ildəki ölümünə qədər davam etdi.

Ferdinandonun hökmranlığı çox pis əlamətlər altında başlamışdı. Tarixçilər razılaşırlar ki, o, qabiliyyətli adam idi, yetkin şəxsiyyət olmaqla yaxşı ədalət hissi ilə mükafatlanmışdı. Onun müasirlərinin Böyük Hersoq haqqındakı rəyi də oxşar idi. 1670-ci ildə o, öləndə tarixə yaxşı insan keyfiyyətləri olan hökmdar kimi düşdü. Onun dövründə Florensiya siyasi cəhətdən kiçik bir şəhərə çevrildi, onun artıq xarici  siyasətdə elə bir təsiri yox idi. Şəhər iqtisadi cəhətdən kasıb olsa da, incəsənətdə, ədəbiyyatda və elmdə varlı idi. Toskana sarayı İtaliyada o vaxtlar ən möhtəşəm saray idi, bu da onun rəssamlıq incilərinin bolluğu ilə əlaqədar idi.

Sosioloqların dedikləri həqiqətdirsə, hər bir siyasi layihənin mahiyyətcə elementi insanın xoşbəxtliyə çatması olmalıdır, bu heç olmazsa, mənəvi səviyyədə baş verməlidir. Hökmdarın borcu öz təbəələrini bəşər miqyasındakı şəhərlə təmin etməkdir. Şəhər sakinlərinə də fəxr etdikləri mədəniyyət nümunələrindən fayda götürmək imkanı verilməlidir.

Ferdinando 1650-ci illə 1660-cı il arasında qardaşları ilə birlikdə özünü intellektual yenidənqurmaya həsr etdi. Qardaşı Leopoldo onun qətiyyətli köməyi ilə 1657-ci ildə "Sinento" Akademiyasını yaratdı.

Ferdinando, Royal cəmiyyət tərəfindən, bu çox mühüm elmi institut o vaxt mövcud idi, rəsmi qaydada təbrik edildi. Bununla Qalileo ilə əlaqədar olan elmi nailiyyətlər etiraf edilirdi, buna həm də Vinçentso Viviani və Yevangelista Torriçelli köməklik göstərmişdi.

Ferdinando innovasiyalara maraq göstərdiyindən, onları həmin vaxt şəhərə gətirirdi. O, Roman barokkosu ilə də çox maraqlanırdı. Qardaşlarının köməyi ilə o, rəsmlərdən ibarət böyük kolleksiya yaratmışdı.

Ferdinando qiymətli obyektlərə də ehtiraslı münasibət tərbiyə edirdi. Saatları, daş-qaş mücrülərini, oyuncaqların kolleksiyasını toplayan institut təşkil etmişdi. O, özü həvəskar kolleksiyaçı idi və buna görə heç vaxt ittiham edilməmişdi.

I Ferdinando 1670-ci ildə öləndə ölkədə problemlər daha da böyümüşdü.

 

Böyük Hersoq III Kozimo

 

III Kozimo siyasi cəhətdən ortabab şəxsiyyət olmaqla, Florensiyanı qalan Avropa tərəfindən ehtiram bəslənməməsi ilə yanaşı, izolyasiya edilmiş bir əyalət şəhərinə çevirmişdi, bu, şəhərin əhəmiyyətinin kiçildilməsi idi. Orada tarixə, elmə və texnologiyalara dair fundamental hadisələr baş vermişdi.

Əgər Mediçilər arasında kimsə ailənin və Florensiyanın taleyini yaşamağa qətiyyətli idisə, elələri də var idi ki, çox pis mövqe tuturdu. Bədbəxtlikdən, Kozimo dəhşətli hökmdar idi. Onun 1670-1723-cü illərdəki hökmranlığı bütün öz sələflərindən daha uzun çəkmişdi. O, zəif xarakterə malik olsa da, öz təbəələrini sərt qaydada cəzalandırırdı. Onun davranışının nəticəsi kimi Böyük Hersoqluq əsl terror rejimində yaşayırdı və bu, vətəndaşlar arasında şayiələrin, yalanların, bəhanələr gətirməyin yayılmasına səbəb olurdu.

Hökmlər, adətən, ictimai qaydada icra edilirdi ki, başqa vətəndaşlara da öz təsirini göstərsin. Misal üçün, yəhudi kişi ilə yaxınlıq etmiş bir qızı lüt soyundurmuş və ittihamla əlaqədar olaraq şallaqla döymüşdülər. Bu səbəbə görə III Kozimo ilk və yeganə Mediçi idi ki, onun kilsə xadimlərinə göstərdiyi təsir nəticəsində, onlarda yəhudilərə qarşı düşmən münasibəti meydana gəlmişdi.

O, Böyük Hersoqluğun ərazisinə geniş səyahət etmişdi. "İctimai əxlaq" siyasəti formasından istifadə edirdi.

Xarici siyasətdə o, özünü çox hiyləgər aparırdı. İmperatorla gözlənilmədiyi halda, qəflətən barışmışdı. Bundan məqsədi Fransa və İspaniya arasındakı münasibəti gözə çarpdırmaq idi.

(Ardı var)  

 





25.01.2023    çap et  çap et