525.Az

Modriç "Əl-Nəsr"in təklifini rədd etdi


 

Modriç "Əl-Nəsr"in təklifini rədd etdi<b style="color:red"></b>

"Real"ın futbolçusu Luka Modriç Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan gələn transfer təklifini rədd edib.

525.az Qol.az-a istinadən xəbər verir ki, klubun 37 yaşlı yarımmüdafiəçiyə ildə 40 milyon avrodan çox maaş ödəməyə hazır olduğu bildirilirdi.

Xorvatiyalı futbolçu təklifə görə "Əl-Nəsr"ə təşəkkür edib. Lakin o, sözügedən kluba keçməkdən imtina edib. Modriç karyerasını "Real"da başa vurmaq istəyir. Onun Madrid klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir və Modriç müqaviləni daha bir il uzatmaq niyyətindədir.

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 16 oyunda 3 qol vurub və 2 qolun ötürməsini verib. 

 





25.01.2023    çap et  çap et