525.Az

Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb


 

Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda 1528 şagird evdə təhsil alır.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində 1 617 932 şagird təhsilə cəlb edilib. 125 318 şagird məktəbəqədər təhsil, 6 653 şagird isə xüsusi təhsil alır. Habelə 1 528 şagird evdə təhsil alır, 207 nəfər isə inklüziv təhsilə cəlb edilib.

Ali təhsil bazasında 194 011 nəfər bakalavriat, 22 429 nəfər isə magistratura səviyyəsində təhsil alır.

 





25.01.2023    çap et  çap et