525.Az

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib


 

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib<b style="color:red"></b>

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkətinə növbəti dəfə şərait yaradılıb.

525.az xəbər verir ki, minik avtomobili Xankəndidən Laçın istiqamətinə heç bir maneəylə rastlaşmadan hərəkət edib.

Bu gün ümumilikdə 23 humanitar yardım maşınının keçidinə heç bir məhdudiyyət qoyulmayıb.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 45 gündür davam edir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Loğman Avaz

 





25.01.2023    çap et  çap et