525.Az

Sabah hava yağmursuz olacaq


 

Sabah hava yağmursuz olacaq<b style="color:red"></b>

Yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 





25.01.2023    çap et  çap et