525.Az

Firudin bəy Köçərlinin 160 illiyi qeyd olunub


 

Firudin bəy Köçərlinin 160 illiyi qeyd olunub<b style="color:red"></b>

“Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi” tərəfindən Respublika Uşaq Kitabxanasında Firudin bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib.

Kitabxana əməkdaşları görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.

Həmçinin, tədbir iştirakçılarına F.Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə, məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar çatdırılıb. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdi.

Qeyd edək ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən ədəbi-elmi fikrinin inkişafı tarixində böyük rol oynamış F.Köçərliyə həsr edilən tədbir ənənəvi kitab sərgisi və sənədli filmin nümayişi ilə yekunlaşıb.

 





25.01.2023    çap et  çap et