525.Az

Azərbaycan Macarıstanla dərman vasitələrinin birgə istehsalını müzakirə edib


 

Azərbaycan Macarıstanla dərman vasitələrinin birgə istehsalını müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Macarıstanla əczaçılıq sahəsində tərəfdaşlığın genişləndirməsini, dərman vasitələrinin birgə istehsalının təşviqini müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə qeyd edilib.

Bildirilib ki, bunu ölkəmizdə yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər təşviq edə bilər.

Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə tərəfdaşlığın genişləndirilməsi üçün çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı, iqtisadi-ticarət əməkdaşlığının inkişafı qeyd edilib. İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, qarşılıqlı faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.

İqtisadiyyat naziri Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edib.

Görüşdə iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edilib.

 





25.01.2023    çap et  çap et