525.Az

Laçın-Xankəndi yolunda aksiya 45 gündür davam edir


 

Laçın-Xankəndi yolunda aksiya 45 gündür davam edir<b style="color:red"></b>

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir.

525.az xəbər verir ki, 45 gündür aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayan aksiya iştirakçıları yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər. 

Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində davam edən etiraz aksiyasında azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin əsas tələbləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması, RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılmasıdır.

Loğman Avaz

 





25.01.2023    çap et  çap et