525.Az

Koreya Respublikasında temperatur -39,3 dərəcəyə düşüb


 

Koreya Respublikasında temperatur -39,3 dərəcəyə düşüb<b style="color:red"></b>

Koreya Respublikasında qış mövsümünün ən soyuq günlərində ölkənin bəzi bölgələrində temperaturun -39,3 dərəcə düşdüyü açıqlanıb.

525.az xəbər verir ki, "Yonhap"ın xəbərinə görə, Koreya Meteorologiya İdarəsi (KMA) termometrlərin paytaxt Seulda -25, ölkənin şimalında isə -39,3 dərəcə göstərdiyini açıqlayıb. 

Bəzi rayonlarda güclü qar yağması və küləyin təsiri nəticəsində temperaturun qış mövsümünün ən aşağı səviyyələrinə düşdüyü qeyd edilib. Bildirilib ki, ölkədə əlverişsiz hava şəraiti ilə əlaqədar 466 reys təxirə salınıb. Havanın əlverişsizliyi quru və dəniz nəqliyyatına da mənfi təsir göstərib.

Malik Atilay

 





25.01.2023    çap et  çap et