525.Az

Ərdoğanın İsveçə reaksiyası dünya mətbuatında


 

Ərdoğanın İsveçə reaksiyası dünya mətbuatında<b style="color:red"></b>

İrqçi siyasətçi Rasmus Paludanın "Qurani-Kərim"ə hücumundan sonra Türkiyə Prezidenti Ərdoğan İsveç rəhbərliyinə reaksiya verib. 

525.az xəbər verir ki, Ərdoğan açıqlamasında: “Aydındır ki, ölkəmizin səfirliyi qarşısında belə biabırçılıq törədənlər bundan sonra NATO-ya üzvlük müraciətləri ilə bağlı bizdən heç bir xeyirxahlıq gözləməyəcəklər", - deyib 

Prezident Ərdoğanın İsveçlə bağlı dediyi sözlər dünya mətbuatında gündəm olub. 

İsveçin “Aftonbladet” qəzeti Ərdoğanın sözlərini manşetlərə daşıyıb. Xəbərdə Stokholm Universiteti Türk Araşdırmaları İnstitutunun direktoru Dr. Paul Levinin “Qurana hücum kasanı daşırdan son damladı” sözləri yer alıb. 

"Svenska Dagbladet" qəzeti də İsveçin NATO-ya müraciətində dəstək görməyəcəyini yazıb. O yazıb ki, Finlandiya İsveçdən asılı olmayaraq NATO-ya üzv ola bilər. 

“Paludanın şousuna icazə verilməsinin nəticələri” Londonda yerləşən “Reuters” xəbər agentliyi də Ərdoğanın açıqlamalarına belə bir başlıqla diqqət çəkib. 

İngilis "BBC", Fransız "Ouest France", Qətər mərkəzli "Əl-Cəzirə" də prezident Ərdoğanın İsveçə etdiyi xəbərdarlığa diqqət çəkib.

Qeyd edək ki, ABŞ-nin “Washington Post” qəzeti də prezident Ərdoğanın reaksiyasını “Paludanın nümayişinə icazə vermənin nəticələri” kimi qiymətləndirib.

Malik Atilay

 





25.01.2023    çap et  çap et