525.Az

Polşa Almaniyadan Ukraynaya tank verməyi tələb edir


 

Polşa Almaniyadan Ukraynaya tank verməyi tələb edir<b style="color:red"></b>

Almaniya Polşanın Ukraynaya 14 "Leopard 2A4" tankı təhvil vermək tələbi barədə məlumat verib.

525.az xəbər verir ki, Almaniya Polşadan alman "Leopard 2A4" tanklarının Ukraynaya təhvil verilməsi tələbi alıb. Bu barədə Almaniya Müdafiə Agentliyi məlumat yayıb.

Bundan əvvəl Ukrayna hakimiyyəti 100-ə yaxın alman "Leopard" tankı verməyə hazır olan ölkələrin siyahısını açıqlamışdı. Bu ölkələrə Finlandiya və Polşa, həmçinin İspaniya, Danimarka və Niderland daxil idi.

Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi alyansı “Leopard” tanklarını Ukraynaya göndərilmək üçün hazırlamağa çağırıb. Eyni zamanda, onun sözlərinə görə, alyansa üzv ölkələr arasında məsləhətləşmələr hələ də davam edir.

Havar Şəfiyeva

 





25.01.2023    çap et  çap et