525.Az

Fransadan Kiyevdəki istefalara şərh gəlib


 

Fransadan Kiyevdəki istefalara şərh gəlib<b style="color:red"></b>

Fransalı siyasətçi Filippo Ukraynadakı istefaları “nəsə baş verdiyinin” əlaməti adlandırıb. Kiyevdə yüksək rütbəli məmurların istefaları Fransanın “Patriotlar” hərəkatının lideri Florian Filipponun reaksiyasına səbəb olub. 

525.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin administrasiyasında ixtisarlar var. “Müdafiə nazirinin müavini korrupsiya iddialarına görə istefa verdi. Zelenskinin müavini ötən həftə istefa verib. Ukraynada açıq-aydın nəsə baş verir", - deyə, o hadisələri şərh edib.

Qeyd edək ki, yanvarın 24-də Zelenski Kiyev vilayətinin keçmiş rəhbəri Aleksiy Kulebanı öz ofisinin rəhbərinin müavini təyin edib. O, ölkədə kadr dəyişikliklərini davam etdirəcəyinə söz verib.

Havar Şəfiyeva 

 





25.01.2023    çap et  çap et