525.Az

Fransada elektrik kabelləri yandırılıb - qatarlar dayanıb


 

Fransada elektrik kabelləri yandırılıb - <b style="color:red">qatarlar dayanıb</b>

Fransanın Seine-et-Marne əyalətində, paytaxt Parisdəki Gare de l'Est stansiyasında elektrik kabelləri yandırıldıqdan sonra qatarların hərəkəti bütün gün dayanıb.

525.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, səhər saatlarında Sene-et-Marne əyalətində elektrik kabelləri yandırılıb. İlk növbədə, Parisdəki Gare de l'Est-də yüksək sürətli qatar, regional və şəhərətrafı qatar xidmətləri saat 06:00-dan etibarən dayanıb, sonra Fransadakı milli dəmir yolu şirkəti SNCF stansiyada qatar xidmətlərinin ləğv edildiyini açıqlayıb. 

SNCF hadisə ilə bağlı şikayət edəcəyini bildirsə də, sərnişinlərə səyahətlərini təxirə salmağı tövsiyə edib.

Malik Atilay

 





25.01.2023    çap et  çap et