525.Az

Əfqanıstanda şaxtalı soyuqlar: 157 nəfər ölüb


 

Əfqanıstanda şaxtalı soyuqlar: 157 nəfər ölüb<b style="color:red"></b>

Əfqanıstanda son iki həftədə artan əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 157-yə yüksəlib.

525.az xəbər verir ki, Əfqanıstan son illərin ən soyuq qışını yaşayır. Belə ki, havanın temperaturu gecə saatlarında paytaxt Kabildə -10 dərəcəyə, bəzi bölgələrdə isə -30 dərəcəyə enib. Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı açıqlama verib. Ölkə daxilində 157 nəfərin donaraq həyatını itirdiyini bildirən Rəhimi, ən çox itkilərin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu bildirib. O, 75 mindən çox iribuynuzlu heyvanın da tələf olduğunu deyib.

Qeyd edək ki, Əfqanıstan Meteorologiya İnstitutu bu il qış temperaturunun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli şaxtanın Qor vilayətində yaşandığını vurğulayıb.

Məhəmməd Tağıyev

 





25.01.2023    çap et  çap et