525.Az

İran: Nüvə fəaliyyətimizdə beynəlxalq standartlardan yayınmırıq


 

İran: Nüvə fəaliyyətimizdə beynəlxalq standartlardan yayınmırıq<b style="color:red"></b>

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartlarından kənara çıxmadığını bildirib.

525.az xəbər verir ki, İslami paytaxt Tehranda Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamalar verib. İslami: "MAQATE ilə əməkdaşlığımız davam edir. MAQATE bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətində heç bir yayınma yoxdur", - deyib.

O, MAQATE-nin direktoru Rafael Mariano Qrossinin İrana səfərinin gündəmdə olduğunu xatırladaraq: "MAQATE-nin öz məqsədlərinə çatmaq üçün İrana psixoloji təzyiq və siyasi təşəbbüslərdən istifadə etməsi nəticə vermədi", - ifadəsini işlədib.

Məhəmməd Tağıyev

 





25.01.2023    çap et  çap et