Alman polisi Fransanın "BNP Paribas" bankının Frankfurt ofisinə basqın edib.
525.az xəbər verir ki, alman səlahiyyətliləri, "cum-ex" kimi tanınan milyard avroluq vergidən yayınma sxemi ilə bağlı apardıqları araşdırmanın bir hissəsi olaraq Fransanın "BNP Paribas" bankının Frankfurt ofisində axtarış aparıb. Çərşənbə axşamından bu yana 130-a yaxın prokuror, vergi müfəttişi və polis əməkdaşı Almaniyanın üç əyalətində şəxsi iqamətgahlarda aparılan axtarışlarda iştirak edib.
Qeyd edək ki, "BNP Paribas" basqın haqda açıqlama verməyib.
Məhəmməd Tağıyev