525.Az

Fransada miqrant düşərgəsində yanğın olub


 

Fransada miqrant düşərgəsində yanğın olub<b style="color:red"></b>

Fransanın paytaxtı Parisin də daxil olduğu İl-de-Frans bölgəsindəki Fresnes şəhərindəki qaçqın düşərgəsində baş verən yanğınla əlaqədar 150 qeyri-qanuni miqrant təxliyyə edilib.

525.az xəbər verir ki, Fransada qeyri-qanuni miqrantların qaldığı düşərgədə yanğın baş verib. Əraziyə gələn 100-ə yaxın xilasedicinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. İl-de-Frans bölgəsinin Fresnes şəhərindəki düşərgədə qalan 150 qeyri-qanuni miqrant yanğınla əlaqədar təxliyyə edilib. 

Qeyd edək ki, Fransız polisi yanğınla bağlı araşdırmalara başlayıb.

Məhəmməd Tağıyev

 





25.01.2023    çap et  çap et