525.Az

Turizm sekorunda çalışan göygöllü sahibkarlarla işgüzar görüş olub


 

Turizm sekorunda çalışan göygöllü sahibkarlarla işgüzar görüş olub<b style="color:red"></b>

Göygöl Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçlığı ilə yerli turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

525.az xəbər verir ki, tədbirdə KOBİA, Dövlət Turizm Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən layihələr barəsindəgörüşdə iştirak edən 20 nəfər sahibkara məlumat verilib.

Görüşdə sahibkarlara dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, həmçinin sahibkarlıq subyektlərinin təklifləri müzakirə edilib.

Z.Murad

 





26.01.2023    çap et  çap et