525.Az

Daha çox namizədin uğur qazandığı dövlət orqanlarının adları açıqlanıb


 

Daha çox namizədin uğur qazandığı dövlət orqanlarının adları açıqlanıb<b style="color:red"></b>

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanlarının adlarını açıqlayıb. 1, 23, 30 aprel, 20 may və 13 iyun Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 89 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 925 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin Modern.az-a verdiyi məlumata görə, 13 iyun tarixdə elan olunan müsabiqə istisna olmaqla, digər müsabiqələrdə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6540 namizədin 33,91%-ini qadın namizədlər, 75,23%-ini isə gənclər təşkil edib. Namizədlərdən 34,68%-i (2268 namizəd) test imtahanında iştirak etməyiblər.

Test imtahanı mərhələsində iştirak edən 4272 namizəddən 1298 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurublar. 245 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplaya bilməyib, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Onlardan da yalnız 99-u bu hüquqdan istifadə ediblər.

Test imtahanı mərhələsini uğurla keçən 1298 nəfərdən 28,51%-ni qadın namizədlər, 77,97%-ni isə gənclər təşkil edib.

Hər bir namizədə test imtahanını bitirən kimi dərhal nəticələri əks etdirən arayış təqdim olunub, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

* Dövlət Sosial Müdafiə Fondu – qeydə alınan 790 namizəddən 203 nəfəri;

* Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınan 407 namizəddən 70 nəfəri;

* Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – qeydə alınan 229 namizəddən 66 nəfəri;

* İqtisadiyyat və Sənaye Nazirliyi – qeydə alınan 610 namizəddən 63 nəfəri;

* Nəqliyyat Nazirliyi – qeydə alınan 238 namizəddən 53 nəfəri;

Müsabiqənin müsahibə mərhələsi 12 iyun 2014-cü il tarixdə başlayıb. İndiyə kimi müsahibədə iştirak edən 131 namizəddən 43 nəfəri bu mərhələdən də uğurla keçə bilib. Elan olunan müsabiqənin müsahibə mərhələsi 11 dövlət orqanı üzrə başa çatıb.

Komissiya tərəfindən iyunun 13-də elan olunan müsabiqə üzrə isə qeydiyyat iyulun 14-ə kimi davam edəcək.

 





03.07.2014    çap et  çap et