525.Az

FİFA dördüncü əvəzetməyə yaşıl işıq yandırır


 

FİFA dördüncü əvəzetməyə yaşıl işıq yandırır<b style="color:red"></b>

FİFA 2018-ci ildə keçiriləcək dünya çempionatında bəzi dəyişikliklər etməyi planlaşdırır.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu növbəti mundialda matçın əlavə vaxtında komandalara dördüncü oyunçu dəyişikliyi etmək hüququnu verməyi düşünür.

FİFA-nın nümayəndəsi Cerard Hulye bildirib ki, qurumun İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bu məsələ müzakirə olunacaq.

Qeyd edək ki, DÇ-2014-də indiyə kimi sonradan oyuna daxil olan futbolçular ümumilikdə 29 qol vurub. Bu nəticə isə dünya çempionatı tarixində yeni rekorddur.

 





03.07.2014    çap et  çap et