525.Az

Mirzoyanın yeni müharibə çağırışı - Kənan Novruzov yazır


 

Mirzoyanın yeni müharibə çağırışı - <b style="color:red">Kənan Novruzov yazır</b>

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir.

Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsindəki çıxışında bildirmişdi ki, Laçın yolundakı durum müharibə ilə həll oluna bilər.

Əlbəttə, Mirzoyanın bu çıxışı ilk növbədə ictimai rəyə hesablanmış addımdır. O bu bəyanatı ilə beynəlxalq ictimaiyyətə göstərmək istəyib ki, Laçın yolundakı durumun həlli onlar üçün vacibdir. Nazir müharibə ehtimalını gündəmə gətirməklə həm də vəziyyətin ciddi olduğunu, guya böhran həddinə çatdığını və müharibənin onlar üçün sonuncu variant olduğunu vurğulamaq istəyib.

Amma həqiqət ondan ibarətdir ki, Qarabağda hansısa humanitar böhrandan söhbət gedə bilməz. Yayılan kadrlar da göstərir ki, ermənilərin təminatında problem yoxdur. Etirazçılar humanitar təyinatlı maşınların gediş-gəlişinə şərait yaradırlar.

Üstəgəl, nəzərə almaq lazımdır ki, etirazlar dinc xarakter daşıyır. Azərbaycan torpaqlarındə keçirilən və təbii sərvətlərimizin qanunsuz mənimsənilməsinə qarşı olan aksiyalar tamamilə legitimdir. Əgər ermənilərin aksiyalara etirazları vsrsa, onda əvvəlcə təbii sərvətlərimizin qanunsuz mənimsənilməsinə münasibət bildirsinlər. 

Reallıqda ermənilərin növbəti savaşa başlamaq imkanları yoxdur. Bu, onlara sərf etmir. Çünki hər toqquşma Ermənistanı daha çıxılmaz duruma salır. Bu mənada Mirzoyanın fikirləri daha çox manipulyasiya xarakteri daşıyır. Buna baxmayaq, bu bəyanat həm də İrəvanın illər boyu formalaşmış pozuculuq siyasətinin təzahürüdür. Beləliklə, bir daha aydın olur ki, Ermənistan diplomatik səylərdən, habelə sülh gündəliyindən uzaqdır.

Ermənistan müxtəlif səbəblərdən, o cümlədən Laçın yolundakı duruma görə Azərbaycanla növbəti müharibəyə başlayarsa, bu, onun üçün həm siyasi, həm hərbi, həm də hüququ baxımdan ağır nəticələrlə yadda qalar.

 





26.01.2023    çap et  çap et