525.Az

Putin Azərbaycan, ləzgi, erməni, gürcü diasporlarını bir yerə yığdı


 

Putin Azərbaycan, ləzgi, erməni, gürcü diasporlarını bir yerə yığdı<b style="color:red"></b>

Kremldə Vladimir Putinin sədrliyilə Rusiya Prezidenti yanında Milli Məsələlər üzrə Şuranın iclası keçirilir.

Modern.az saytı bildirir ki, toplantıda “AzerRos” Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Asif Məhərrəmov da iştriak edir. Bundan başqa Rusiyada fəaliyyət göstərən digər milli diaspor təşkilatlarının rəhbərləri Şuraının toplantısına qatılıblar.

Onların arasında “Rusiya Erməniləri İttifaqının” sədri Ara Abramyan, Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimov, Kürd Milli-mədəni Muxtariyyətinin rəhbəri Fərhad Patiyev və digər diaspor qurumlarının sədrləri də var.

İclasda çıxış edən prezident Vladimir Putin qeyd edib ki, dünyada hazırda sərt informasiya və ideoloji müharibə gedir.

“Burada məqsəd bu və ya digər ölkələri zəiflətmək, siyasətdə və iqtisadiyyatda özləri üçün əlverişli rəqabət imkanları qazanmaq üçün milli problemlərlə bağlı olan münaqişələri süni şəkildə qızışdırmaqdır”.

Putin bildirib ki, Rusiyaya öz ölkəsini müdafiə etmək, vətəndaş həmrəyliyini və milli barışı gücləndirmək üçün daimi, sistemli iş aparmaq vacibdir. Hazırda iclas davam edir...

 





03.07.2014    çap et  çap et