525.Az

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev “Qəbələ”nin oyununda


 

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev “Qəbələ”nin oyununda<b style="color:red"></b>

Avropa Liqasının birinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” oyunu Azərbaycan hökumətinin yüksəkçinli məmurları da izləyəcək.

525.az-ın xəbərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də matçı stadiondan canlı izləyəcəklər.

Tamaşaçılar arasında “Qəbələ” klubunun prezidenti Tale Heydərov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olacaq.

Xatırladaq ki,  “Qəbələ” – “Şiroki Briyeq” matçı bu gün saat 20.00-da başlanacaq.

 





03.07.2014    çap et  çap et