525.Az

ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,9 faiz böyüyüb


 

ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,9 faiz böyüyüb<b style="color:red"></b>

ABŞ iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə 2,9 faiz ilə gözləniləndən çox böyüyüb.

525.az xəbər verir ki, ABŞ Ticarət Departamenti 2022-ci ilin oktyabr-dekabr ayları üçün Ümumi Daxili Məhsulun (ÜDM) aparıcı rəqəmlərini açıqlayıb. Müvafiq olaraq, ABŞ-da ÜDM ötən ilin son rübündə illik 2,9 faiz artıb. Tənəzzüllə bağlı narahatlıqlara baxmayaraq, gözləniləndən çox böyüyən ABŞ iqtisadiyyatının sözügedən dövrdə 2,6 faiz artması gözlənilirdi.

Ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azaldıqdan sonra üçüncü rübdə 3,2 faiz artmışdı. Keçən ilin ilk yarısında iki rüb ardıcıl olaraq yaşanan daralma isə tənəzzüllə bağlı narahatlıqları artırmışdı.

Məhəmməd Tağıyev

 





27.01.2023    çap et  çap et