525.Az

Britaniya səfiri Azərbaycana başsağlığı verib


 

Britaniya səfiri Azərbaycana başsağlığı verib<b style="color:red"></b>

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

525.az xəbər verir ki, səfir “Twitter“ hesabında bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri onu sarsıdıb.

“Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm", - səfir qeyd edib.

 





27.01.2023    çap et  çap et