525.Az

Azərbaycan Prezidenti İrandakı səfirliyimizə hücumla bağlı başsağlığı verib


 

Azərbaycan Prezidenti İrandakı səfirliyimizə hücumla bağlı başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

525.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"

 





27.01.2023    çap et  çap et