525.Az

Atəşkəsin pozulması nəticəsində iki əsgərimiz yaralanıb


 

Atəşkəsin pozulması nəticəsində iki əsgərimiz yaralanıb <b style="color:red"></b>

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgərləri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində, 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.
 
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

 





04.07.2014    çap et  çap et