525.Az

İsrail Qəza zolağı ilə sərhəd boyu ordusunu cəmləşdirir


 

İsrail Qəza zolağı ilə sərhəd boyu ordusunu cəmləşdirir<b style="color:red"></b>

 İsrail Fələstin ərazisindən endirilən raket zərbələrinə cavab olaraq Qəza zolağı ilə sərhəd boyu ordu birləşmələrini cəmləşdirir.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail hərbçilərinin açıqlamasında bildirilir. 
 
Qeyd edək ki, iyunun 3-də İsrail ərazisindən Qəza zolağına endirilən hava zərbələri nəticəsində azı 11 fələstinli yaralanıb. Bundan əvvəl Qəza zolağından atılan raketlər İsrailin cənubunda iki evi uçurub.

 
Xatırladaq ki, iyulun 1-də İsraildə İordan çayının Qərb sahilində oğurlanaraq qətlə yetirilən 3 yeniyetmənin dəfn mərasimi keçirilib. İsrail yeniyetmələrin qətlində “Həmas” hərəkatını günahlandırır. “Həmas” insidentlə əlaqəli olduğunu inkar edir.  

 





04.07.2014    çap et  çap et