525.Az

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan sessiyasının gedişini izləyiblər


 

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan sessiyasının gedişini izləyiblər<b style="color:red"></b>


Bu gün Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişi izlənilib.

525.az xəbər verir ki, universitetdə qonaqlara sessiyanın təşkili barədə məlumat verilib. Bildirilib ki, BDU-da yanvarın 5-dən başlayan 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası fevralın 3-dək davam edəcək. Ümumilikdə sessiya ərzində imtahanlarda bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1961 tələbənin iştirakı nəzərdə tutulub. İmtahanların yoxlanılması lazımi avadanlıqla təchiz olunmuş 8 auditoriyada həyata keçirilir.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.

Sevinc Qarayeva 

 





27.01.2023    çap et  çap et