Bu gün "DÇ-2014"də 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, bu günə iki oyun nəzərdə tutulub.
İlk olaraq meydana Fransa və Almaniya yığmaları çıxacaqlar. Həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında Braziliya və Kolumbiya komandaları üz-üzə gələcək. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.
Qeyd edək ki, 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya - Kosta-Rika oyunları keçiriləcək.
4 İYUL
1/4 final mərhələsinin oyunları
21:00. Fransa - Almaniya
01:00. Braziliya - Kolumbiya (iyulun 4-dən 5-nə keçən gecə)
5 İyul
21:00. Argentina - Belçika
01:00. Hollandiya - Kosta-Rika (iyulun 5-dən 6-na keçən gecə)
çap et