525.Az

Peru Hondurasdakı səfirini geri çağırıb


 

Peru Hondurasdakı səfirini geri çağırıb<b style="color:red"></b>

Peru daxili işlərinə qarışdığını iddia etdiyi Hondurasdakı səfirini qeyri-müəyyən müddətə geri çağırıb.

525.az xəbər verir ki, Peru Xarici İşlər Nazirliyindən verilən açıqlamada Honduras Prezidenti Xiomara Kastronun Perunun daxili işlərinə qarışmasının qəbuledilməz olduğu irəli sürülüb. Açıqlamada Perunun Tequsiqalpadakı səfiri Xorxe Alexandro Raffonun qeyri-müəyyən müddətə geri çağırıldığı bildirilib. Peru mətbuatı Honduras Prezidenti Kastronun Perunun müvəqqəti Prezidenti Dina Boluarteni tanımaqdan imtina etdiyini irəli sürüb.

Qeyd edək ki, Kastro, yanvarın 24-də Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə çıxışı zamanı, Peruda saxlanılan keçmiş prezident Pedro Kastilyo ilə həmrəy olduğunu bildirərək, Kastilyonun dərhal azad edilməsini tələb etmişdi.

Məhəmməd Tağıyev

 





27.01.2023    çap et  çap et