525.Az

Ucarda yol qəzası: ana ölüb, iki yaşlı qızı yaralanıb


 

Ucarda yol qəzası: <b style="color:red">ana ölüb, iki yaşlı qızı yaralanıb</b> Ucarda ananın ölümü, qızının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ucar - Zərdab əsas magistral yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
 
10 XR 225 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan 90 CM 097 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşın toqquşub.
 
Nəticədə “VAZ” markalı maşında olan sərnişinlər Bakı şəhər sakinləri 30 yaşlı Məmmədova Arzu Vidadi qızı və onun 2 yaşlı qızı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına rayonun təcili yardım maşını ilə aparılarkən yolda onu “KamAZ” markalı yük maşını vurub. Sürücü yüngül xəsarət alsa da  yaralılar xəstəxanaya çatdırılıb.
 
A.Məmmədovanın vəziyyəti kəskin ağır olduğundan o xəstəxanada dünyasını dəyişib.
 
 
Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır. 
 
 





04.07.2014    çap et  çap et