525.Az

Bu gündən Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açılır


 

Bu gündən Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açılır<b style="color:red"></b>

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, uçuşlar həftədə bir dəfə cümə günü yerinə yetiriləcək.
 
Bakıdan uçuş saat 05:45-də, Krasnoyarskda eniş 13:45-də, o cümlədən Krasnoyarskdan uçuş saat 15:45-də, Bakıda eniş isə saat 18:25-də həyata keçiriləcək.
 
Qeyd edək ki, uçuşlar “Boeing” tipli təyyarələrlə reallaşdırılacaq.

 





04.07.2014    çap et  çap et