525.Az

“Firidun bəy Köçərli” elektron-məlumat bazasının təqdimatı keçirilib


 

“Firidun bəy Köçərli” elektron-məlumat bazasının təqdimatı keçirilib<b style="color:red"></b>

Yanvarın 26-da Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə  “Firidun bəy Köçərli”  elektron- məlumat bazasının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirdə metodistlər, müəllimlər və digər qonaqlar iştirak edib. Çıxışçılar F.Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin keçirilməsində əsas məqsəd F.Köçərli yaradıcılığının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi müstəsna rolunu təbliğ etməkdir.

Tədbirdə  qonaq qismində iştirak edən və F.Köçərlinin uzaq qohumu sayılan  Rüstəm Qayıbova “Balalara hədiyyə” və  “Firidun bəy Köçərli Biblioqrafiya”  kitabları hədiyyə olunub. 

Tədbirin sonunda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmi təqdim edilib.

 





28.01.2023    çap et  çap et