525.Az

Qətər Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib


 

Qətər Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib<b style="color:red"></b>

"Qətər Dövləti AzərbaycanınTehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir".

525.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Qətər Dövləti İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyini hədəf alan, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin həlak olması və digərlərinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyir. 

Qətərin Dövlətinin motiv və səbəblərdən asılı olmayaraq zorakılıq, terror və cinayət əməllərini rədd etməsi ilə bağlı qəti mövqeyini bildirir. Nazirlik, həmçinin həlak olanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır". 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Pərvanə Sultanova

 





28.01.2023    çap et  çap et