525.Az

Təhsil nazirindən yeni əmr


 

Təhsil nazirindən yeni əmr<b style="color:red"></b> Təhsil naziri İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinin təşkili barədə əmr imzalayıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrdə qeyd olunur ki, təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir.
 
Əmrə əsasən, 2014-cü il iyul ayında ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçiriləcək.
İqtisadiyyat şöbəsinə Nazirlik tərəfindən seçilmiş layihələrin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
 





04.07.2014    çap et  çap et