525.Az

Türkiyədə ailələr arasında münaqişə: 4 ölü, 17 yaralı


 

Türkiyədə ailələr arasında münaqişə: 4 ölü, 17 yaralı<b style="color:red"></b> Türkiyənin Mardin bölgəsində iki ailə arasında ölümlə nəticələnən münaqişə baş verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, münaqişə zamanı biri qadın olmaqla 4 nəfər ölüb, 17 nəfər yaralanıb.
 
İki ailə arasında münaqişə yerli seçkilərdən sonra yaranıb və siyasi çəkişmə sonda ölümlə nəticələnib. Hər iki ailəni barışdırmaq üçün kənd məscidində bir araya gətiriblər. Lakin iftardan sonra yenindən münaqişə baş verib. Tərəflər silah, daş və çubuqlardan istifadə edərək, dava ediblər.
 
Hadisə ilə bağlı istintaq başlanılıb. 
 





04.07.2014    çap et  çap et