525.Az

KİV: "İranın şimalında zəlzələ nəticəsində dağıntılar var"


 

KİV: "İranın şimalında zəlzələ nəticəsində dağıntılar var"<b style="color:red"></b>

Episentri İranın Xoy vilayəti olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə “Iranworkers” tviter səhifəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar sonucunda Xoy şəhərində elektrik və qaz verilişi kəsilib.

Eyni zamanda, nəşrin məlumatına görə, şəhərdə xəsarət alan vətəndaşlar da var.

Qeyd edək ki, Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

 





29.01.2023    çap et  çap et