525.Az

İranda zəlzələdə yaralananların sayı 970 nəfəri ötüb - YENİLƏNİB-2


 

İranda zəlzələdə yaralananların sayı 970 nəfəri ötüb - <b style="color:red">YENİLƏNİB-2</b>

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.

***

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 700 nəfərə çatıb.

525.az “Report”a istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 660-dan çoxu isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

***

İranın Xoy vilayətində qeydə alınan zəlzələ nəticəsində 2 nəfər ölüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Böhran Vəziyyətləri İdarəsinin rəhbəri bildirib.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidə 300-dən çox şəxsin yaralandığını açıqlayıb.

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

 





29.01.2023    çap et  çap et