525.Az

U-16 qızlar komandamızın hazırlığı davam edir


 

U-16 qızlar komandamızın hazırlığı davam edir<b style="color:red"></b>

Ankarada təlim-məşq toplanışında olan U-16 qızlardan ibarət yığma komandamız növbəti hazırlıq oyununu keçirib.

525.az xəbər verir ki, "Ted Ankara Kolejiler" qız klubu ilə qarşılaşan millimiz gərgin mübarizənin sonunda parketdən 58:56 hesablı məğlubiyyət ilə ayrılıb. Qeyd edək ki, qızlarımız təlim-məşq toplanışı çərçivəsində daha bir neçə yoxlama oyununda öz qüvvəsini sınayacaq.

 





29.01.2023    çap et  çap et