525.Az

Azərbaycan dili imtahanından 474 nəfər keçdi


 

Azərbaycan dili imtahanından 474 nəfər keçdi<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-ü Bakıda rus bölməsi abituriyentləri üçün Azərbaycan dilindən imtahan keçirib.

AzərTAc-ın məlumatına görə, imtahanda iştirakı nəzərdə tutulan 1216 abituriyentdən 528 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək məqbul qiymət alıb.

Azərbaycan dili fənnindən məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2014/2015-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (XI illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

 





04.07.2014    çap et  çap et