525.Az

O da "xarici agent" elan olundu


 

O da "xarici agent" elan olundu<b style="color:red"></b>

"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent" kimi tanınıb.

525.az Axşam.az-a istinadən xəbər verir ki, onun adı Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edib. Bu barədə departamentin saytında məlumat dərc olunub. Prusikinlə yanaşı siyahıda daha dörd nəfərin adı da yer alıb.

Bildirilib ki, Prusikin xarici mənbələrdən yardım alıb, dost olmayan ölkələrdə konsertlər verib və çıxışları zamanı Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatına son qoyması ilə bağlı çağırışlar edib.

Siyahıdakı şəxslərin hamısının Rusiyada yaşamadığı qeyd olunub.

 





29.01.2023    çap et  çap et