525.Az

İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir


 

İsveç Türkiyə ilə NATO danışıqlarında fasilənin nə qədər davam edəcəyini bilmir<b style="color:red"></b>

İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin təsdiqlənməsi üçün Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyi bilinmir.

525.az “Report”a istinadən xəbər verir ki, bunu İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström bildirib.

“Ümid edirəm ki, hər halda gələn həftə həmkarımla telefonla əlaqə saxlayacam, lakin nə vaxt görüşəcəyimiz bəlli deyil”- deyə, o bildirib.

O, Türkiyə ilə dialoqda fasilə olduğunu bir daha təsdiqləyib: “Həmkarım və mən razılaşdıq ki, məxfi söhbətlərin və görüşlərin mənası yoxdur. Yəqin ki, bu, yalnız vəziyyəti korlamağımıza səbəb olacaq. İndi biz ayrı işləyirik”.

 





29.01.2023    çap et  çap et