525.Az

Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”


 

Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”<b style="color:red"></b>

“Misir münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.

“Sizinlə söhbət zamanı qeyd etdim ki, bizim Ermənistan-Azərbaycan münaqişəsi məsələsində neytral mövqeyimiz var. Bu mənada, əgər siz bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu üzərimizə götürməyimizi istəyirsinizsə, biz hazırıq” – deyə, o bildirib.

 





29.01.2023    çap et  çap et