525.Az

Bərzanidən kürdlərə müstəqillik tapşırığı: “Tələsməliyik, hazır olun!"


 

Bərzanidən kürdlərə müstəqillik tapşırığı: “Tələsməliyik, hazır olun!"<b style="color:red"></b> İraq Kürdüstanın lideri Məsud Bərzani dünən Kürd parlamentində keçirilmiş qapalı iclasda millət vəkillərinə referendumla bağlı lazımi tapşırıqlarını verib.

Lent.az-ın xəbərinə görə, “Anadolu” agentliyinin parlamentdə iştirak edən millət vəkillərindən aldığı məlumatda, M.Bərzani İraq ordusunun regionu tərk etməsindən sonra İŞİD-lə Kürdüstan arasında 1000 kilometrlik sərhəd yarandığından faktiki olaraq rəsmi Bağdadın nəzarət etdiyi İraqdan ayrıldıqlarını bəyan edib.
 
Kürd parlamentindəki 111 millət vəkilinə referendumla bağlı “hazır olun” təlimatı verən M.Bərzani onlardan referendumun hansı tarixdə keçirilməsi ilə bağlı gün təyin etmələrini istəyib: “İlk olaraq seçki komissiyası yaradılmalıdır. Biz bu məsələdə tələsməliyik, ləngimək olmaz”.
 
M.Bərzani Kürdüstandan kənarda qalan, peşmərgənin nəzarət etdiyi mübahisəli kürd bölgələrində də referendumun keçiriləcəyini qeyd edib: “Peşmərgə həmin ərazilərdən geri çəkilməyəcək”.
 
İŞİD terror təşkilatının iyunun 9-dan etibarən təşkil etdiyi hücumların nəticəsində İraq ordusunun ölkənin şimalından geri çəkilməsindən sonra peşmərgə Kərkük və Xaneqin başda olmaqla mübahisəli ərazilərə nəzarət edir.
 





04.07.2014    çap et  çap et