525.Az

Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşanıb, izləyicilər təxliyə edilib


 

Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşanıb, izləyicilər təxliyə edilib<b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

525.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.

"İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.

Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.

Qeyd edək ki, bu gün saat 18:00-da “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.

 





29.01.2023    çap et  çap et