525.Az

Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı


 

Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı<b style="color:red"></b> Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə yaranıb.

Lent.az-ın “Movqe.az”a istinadən xəbərinə görə, saat 10:25 radələrində metronun “Koroğlu” stansiyasında qatarın hərəkəti dayandırılıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi stansiyada sıxlıq yaradıb.
 
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından  qatarın hərəkəti Əhmədli stansiyasında dayandırılıb və sərnişinlər vaqondan boşaldılıb.

Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib". 
 





04.07.2014    çap et  çap et