525.Az

Rusiya Latviya səfirindən ölkəni tərk etməsini istəyib


 

Rusiya Latviya səfirindən ölkəni tərk etməsini istəyib<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinə ölkəni tərk etmək tələbini çatdırıb.

525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Latviyanın Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar verdiyi xatırladılıb. Latviyanın bu qərarı digər Baltikyanı ölkələrlə həmrəylik əsasında verdiyi və bu əsaslandırmanın Rusiya tərəfindən qəbul edilmədiyi vurğulanan açıqlamada sözügedən həmrəyliyi ABŞ-ın istiqamətləndirdiyi və bunun Rusiyaya qarşı düşmən addımlar atmaq mənasına gəldiyi bildirilib.

Açıqlamada mövcud vəziyyətin bütün məsuliyyətinin Latviya hökumətinə aid olduğu vurğulanaraq: "Latviyanın Moskvadakı səfiri Maris Riekstinsdən 2 həftə ərzində Rusiyanı tərk etməsi tələb olunub. Latviya hakimiyyətinin diplomatik münasibətləri korlayan təxribat xarakterli addımları öz nəticələrini verəcək", - ifadələrinə yer verilib.

Məhəmməd Tağıyev

 





30.01.2023    çap et  çap et