525.Az

Niderlandda qış mövsümü hər il orta hesabla 1 gün qısalır


 

Niderlandda qış mövsümü hər il orta hesabla 1 gün qısalır<b style="color:red"></b>

Niderland Meteorologiya İnstitutu (KNMI) qlobal istiləşmə səbəbindən ölkədə qış mövsümünün hər il orta hesabla bir gün qısaldığını açıqlayıb.

525.az xəbər verir ki, KNMI-nin açıqlamasında ölkədə 1960-1990 və 1990-2020-ci illər arasındakı temperatur dəyişiklikləri və qış mövsümündə soyuq günlərin sayının azalması ilə bağlı məlumatlar paylaşılıb. Açıqlamada, həmən illər arasında orta temperaturun illik olaraq 1,1 dərəcə artdığı ifadə edilib.

Belə ki, ilin hər ayında orta temperatur artımının müşahidə edildiyi, soyuq qış günlərinin sayında azalma olduğu bildirilib. Məlumatda havanın 4 dərəcədən aşağı düşdüyü günlərin sayının 1960-1990-cı illərdə orta hesabla 91 olduğu, 1990-2020-ci illərdə isə bunun 63 olduğu vurğulanıb.

Qeyd edək ki, KNMI qlobal istiləşmə səbəbiylə orta qış temperaturunda artımın davam edəcəyini açıqlamışdı.

Məhəmməd Tağıyev

 





30.01.2023    çap et  çap et